“Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq üçün Qərbə nəyin bahasına olursa-olsun sülh lazımdır”.
Turkustan.az xəbər verir ki, bunu siyasi strateq Armen Badalyan deyib.
O bildirib ki, Tavuşun 4 kəndinin təhvil verilməsindən sonra növbəti addım yəqin ki, Ermənistan Konstitusiyanın dəyişdirilməsi olacaq.
“Qərbə nəyin bahasına olursa-olsun Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması lazımdır. Bu zaman Ermənistanda Rusiya hərbi bazasının olması üçün heç bir əsas qalmayacaq”, – deyə Badalyan vurğulayıb. /globalinfo.az/