AZ

Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları aşkar edilib

Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edilib.

32gun.az bildirir ki, Baş agentlik bu barədə ölkənin energetika naziri şahzadə Əbdüləziz bin Salmana istinadən məlumat yayıb.

Milli neft şirkəti Saudi Aramco üç neft və üç qaz quyusunun qazılması nəticəsində yeni şərti neft layları, iki şist neft yatağı, iki qaz yatağı və iki qaz layları aşkar edib.

Yeni yataqlarda olan neft və qazın təxmini həcmləri barədə hələlik məlumat yoxdur.

İyunun 24-də bildirilib ki, Ufadakı “Rosneft” Elmi İnstitutunun mütəxəssisləri  qazma üçün neftlə doymuş zonaları dəqiq müəyyən etməyə kömək edən məlumatların emalı texnologiyasını hazırlayıblar . Yenilik RN-Yuganskneftegaz şirkətinin əsas istehsal aktivi olan Priobskoye yatağında uğurla sınaqdan keçirilib. Yeni texnologiyadan istifadə şirkətin neftçilərinə proqnozlaşdırılan quyu ehtiyatını üç dəfə artırmağa və əlavə olaraq yataqdan 100 milyon tondan çox neft hasil etməyə kömək edib.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
2
32gun.az

3Mənbələr