AZ

Ağalı məktəbinin direktoru istefa verib - AÇIQLAMA

Bakı. Trend:

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin direktoruNərmin Həsənova vəzifəsindən azad edilib.

Trend “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki,bu məlumatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindəntəsdiqləyiblər. İdarədən bildirlib ki, o, vəzifəsindən azadedilməsi ilə bağlı özü ərizə yazıb.

Direktor vəzifəsindən ayrılmasına səbəb kimi isə səhhətindəyaranan problemləri qeyd edib. O, fəaliyyətini sözügedən təhsilmüəssisəsində müəllim kimi davam etdirəcək.

Qeyd edək ki, N.Həsənova bu vəzifəyə 2022-ci ildə təyinat alıb.O daha öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarixmüəllimi işləyib.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən, həmçinin o dabildirlib ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinindirektoru Həsənova Nərmin işlədiyi müddətdə vəzifə funksiyalarınınicrasına hər zaman məsuliyyətlə yanaşıb, öhdəliklərini layiqincəyerinə yetirib.

Məsələ ilə bağlı Nərminə Həsənova da açıqlama verib. Oaçıqlamasında qeyd edib ki, Böyük Qayıdışın ilk məktəbi – Zəngilanrayonu Ağalı kənd tam orta məktəbinin direktoru olmaq qürurvericihissdir:

“Doğma torpaqlarda müəllimlərimiz, şagird və valideynlərimizləəl-ələ verib təhsilimiz üçün var gücümüzlə çalışdıq.

Təəssüf ki, səhhətimdə yaranmış problemlərlə bağlı məktəbdirektoru vəzifəsindən ayrılmalı oldum. Ancaq doğma Ağalıda tarixmüəllimi kimi fəaliyyətimi davam etdirəcəyəm.

Yeni təyin olunacaq direktorumuza da fəaliyyətində uğurlararzulayıram. İnanıram ki, kollektivimizlə birgə böyük uğurlara imzaatacağıq”, - deyə N.Həsənova əlavə edib.

Məqalədə:
Seçilən
145
4
az.trend.az

5Mənbələr