AZ

Demokrat konqresmenlər Baydendən prezidentlik yarışından geri çəkilməsini xahiş edəcəklər

Demokratlar Partiyasının nümayəndələri olan konqresmenlər prezidentlik yarışından çıxmaq xahişi ilə ABŞ prezidenti Co Baydenə müraciət etmək niyyətindədirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Demokratlar Partiyasından olan Nümayəndələr Palatasının 25 üzvü Baydenin debatda uğursuz çıxışından sonra onu prezidentliyə namizəd olmamağa çağırmağa hazırlaşır. Başqa bir mənbə bildirib ki, bir neçə demokrat qanunverici də siyasətçiyə məktub göndərməyi düşünür.
Agentlik Ipsos sosioloji xidmətinin sorğusunun nəticələrinə istinad edir, ona görə, hər üç demokratdan biri Baydenin ikinci müddətə yenidən seçilməsini istəmir.Nuranə Məmmədova  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
elchi.az

1Mənbələr