BMT-nin baş katibi Antonio Quterreş Almatıya səfər edib.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Baş katibi Qazaxıstan xarici işlər nazirinin birinci müavini Akan Raxmetullin, Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov və BMT-nin Qazaxıstandakı rezident əlaqələndiricisi Mixaela Friberq-Story qarşılayıb.
Baş katib iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Astanaya gedəcək.