AZ

Ali Məhkəmənin adından istifadə edən 3 nəfərə cinayət işi açılıb

Azərbaycan Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğa müraciəti əsasında dələduzluqda şübhəli bilinən 3 nəfər barəsində cinayət işi başlanıb.

Ali Məhkəmədən News365.az-a verilən xəbərə görə, həmin şəxslər Ali Məhkəmədə baxılan mülki və cinayət işlərini zərərçəkmişlərin və ya tərəflərin xeyrinə həll edəcəklərini vəd edərək, onların müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Faktlarla bağlı 3 nəfər barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq hissələri ilə cinayət işi başlanıb, 1 nəfər haqqında isə araşdırma aparılır.

Ali Məhkəmə bildirir ki, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar şəkildə məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
news365.az

10Mənbələr