AZ

“Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda oldu“ AVRO-2024

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

News365.az xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıblar - 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç yekun hesabı müəyyənləşdirib.

Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

23:00

Avstriya və Türkiyə milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının 1/8 final matçına start verilib.

News365.az xəbər verir ki, qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçirilir.

Matçı Artur Soareş Diasın (Portuqaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
7
news365.az

10Mənbələr