Bəzi “Netflix” istifadəçiləri, dünyada tez-tez üstünlük verilən sərfəli abunə paketinin ləğv olunduğunu bildirdi.

İndex.az xəbər verir ki, sosial mediada paylaşılan yazılara baxdığımızda “Netflix” tətbiqi vasitəsilə mövcud paket abunəçilərinə bildiriş göndərilir və onlardan yeni abunə planı seçmələri xahiş olunur.

“Netflix”dən bu bildirişi alan abunəçilərin əksəriyyətinin Kanada və İngiltərədən olduğu bildirilir. Bu, əsasən şirkətin keçən yanvar ayında mövcud abunəçilər üçün əsas planın ləğv ediləcəyini elan etməsi ilə üst-üstə düşür.

“Netflix”in həm Kanada, həm də Böyük Britaniyadakı qiymət səhifəsində indi mövcud abunəçilər üçün “Əsas plan dayandırıldı” və “Planınızı istənilən vaxt dəyişə bilərsiniz” ifadələri var. Onu da qeyd edək ki, şirkət ötən il yeni abunəçilər üçün bu planı ləğv edib. Deməli, əsas plan üçün yolun sonu olduğunu söyləmək olar.