AZ

Rusiyada son sutkada 39 istilik rekordu qeydə alınıb

Rusiyada 39 istilik rekordu qeydə alınıb. Onlardan səkkizi region mərkəzlərində olub. News365.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb. 

"Rusiyanı bürüyən anomal istilər fonunda, son 24 saat ərzində daha 39 temperatur rekordu ilə yadda qalıb", - o qeyd edib.

Mütəxəssisin məlumatına görə, Moskvada 1890-cı ildə qeyd alınmış temperatur rekordu bu ilin iyulun 2-də yenilənib. Paytaxtda hava 32 dərəcəyə qədər istiləşib. Bundan əvvəlki rekord isə 31,9 dərəcə imiş. Bundan başqa çərşənbə axşamı Zaporojye, Bryansk, Tver, Tula, Vladimir, Vladivostok, Voloqdada da rekord istilər olub.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
news365.az

1Mənbələr