AZ

Paşinyan velosipedlə 26 kilometr qət etdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında növbəti dəfə veloyürüş təşkil etməsi barədə video paylaşıb.

News365.az xəbər verir ki, o, "Yeddinci velosiped yürüşü belə keçirildi" başlığı ilə paylaşdığı videonu səhər tezdən çəkib. Baş anzir əvvəlcədən nəzərdə tutulmuş 25 km-lik məsafə əvəzinə 26 km qət etdiklərini yazıb.

Qeyd edək ki, bəzi saytlar Paşinyanın ölkədə narazılqıların artmasından sonra veloyürüşlərə start verməsini inqilabçı keşiş Baqrat Srbazana cavab kimi qiymətləndirirlər. İddia olunur ki, Nikol Paşinyan etiraz yürüşlərinin yox, idmana, dinc həyata dair tədbirlərin daha sağlam olduğunu göstərməyə çalışır. Bundan başqa, o, xalq arasında daha çox görünməyə cəhd edir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
news365.az

1Mənbələr