AZ

“Putin ondan asılıdır, istəsə bir zənglə müharibəni dayandırar” – Prezident açıqladı

“Çin Ukrayna münaqişəsini yalnız bir telefon zəngi ilə həll edə bilər”.

Medianews.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb “Bloomberg”ə müsahibəsi zamanı deyib.

Stubb iddia edir ki, Çin prezidenti Si Cinpinin yalnız bir zəngi bu böhranı həll edə bilər. Onun  sözlərinə görə, Rusiya Çindən çox asılıdır: : Əgər Pekin Moskvaya sülh danışıqlarına başlamağın vaxtı olduğunu bildirsəydi, Rusiya tərəfi bu addımı atardı”.

Bundan əlavə, dövlət başçısı Ukraynaya dəstəyin artırılması ilə bağlı Avropaya müraciət edib. Stubb qeyd edib ki, Kiyev təkcə maddi deyil, həm də ölkənin Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlük yolunu gücləndirmək də daxil olmaqla, siyasi dəstək tələb edir.

“Biz indi Ukraynaya nə qədər çox kömək etsək, münaqişəyə bir o qədər tez son qoyulacaq”,- deyə o vurğulayıb.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
medianews.az

1Mənbələr