AZ

“10 il çəkəcək bir müharibəyə hazırlaşmalıyıq“ - Sentsov

Ukrayna 10 illik müharibəyə hazırlaşmalıdır.

News365.az xəbər verir ki, bu fikri “Azadlıq” radiosuna müsahibəsində rejissor və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu Oleq Sentsov deyib.

"Başımızı qumda gizlətməyi dayandırmalıyıq. Əvvəlcə iki həftəlik müharibə, sonra iki ay, daha sonra isə iki ilə yaxın döyüş olacağı barədə söhbət getdi. Əslində isə 10 illik müharibəyə hazırlaşmalıyıq. Əgər 10 illik müharibəyə hazır olsaq döyüşlər daha tez bitər”, - o qeyd edib.

Sentsovun sözlərinə görə, Ukrayna başa düşməlidir ki, Rusiya Federasiyasına qarşı müharibə aparmaq çox çətin, ciddi və uzun müddət davam edəcək bir prosesdir. Ona görə də hər kəs buna hazırlaşmalıdır.

“Bütün kişilər xidmət edəcək, rotasiya aparmaq, demobilizasiya etmək lazımdır, ölkəni hərbi relsə qoyaq bilək, pulları asfalt salmağa. stadionlar tikməyə deyil, müdafiəyə, istehsalata xərcləyək”, - deyə rejissor bildirib.

O, xəbərdarlıq edib ki, ukraynalılar bu günki tələblərlə yaşasalar, "bu proseslərin sonu bizim üçün yaxşı olmayacaq".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
news365.az

1Mənbələr