AZ

Edvard Yordenesku: “Rumıniya yığmasının nağılı bitdi”

Rumıniya millisinin baş məşqçisi Edvard Yordenesku AÇ-2024-ün 1/8 finalında Niderland yığmasına məğlubiyyəti (0:3) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, rumın mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, biz mənzərəyə daha geniş baxmalıyıq. Qrupda birinci yeri tutduq. Bəli, bu gün gözəl hekayəmiz başa çatdı, amma biz yarışdan alovlu gözlərlə, gələcəyə inamla ayrılırıq. Futbolçularımı təbrik etmək istəyirəm. Onlar böyük iş çevirdilər.

Biz niderlandlıları təəccübləndirməyə çalışdıq və düşünürəm ki, 20-ci dəqiqəyə qədər əla iş gördük. Biz onların təzyiqini azaltmaq, futbol əlaqələrini kəsmək, quruluşlarını dağıtmaq istəyirdik. Biz diribaş fəaliyyət göstərirdik və oyunun ilk təhlükəli məqamını yaratdıq. Amma onların əla komandası var və qolla bizi geri atdılar. Hər üç qol futbolçularının fərdi fəaliyyətlərinin nəticəsidir. Yüksək səviyyəli klubların oyunçuları vəziyyətləri həll etməyi bacarırlar.

İki il əvvəl başlamış bir nağıl hekayəsi bu gün bizim üçün sona çatdı. Komanda əlindən gələni sınadı, amma sonda bizə qalan kədər oldu. Biz daha çoxunu istəyirdik və bütün gücümüzü verdik. Minnətdaram, uşaqlar. Rumınlar, Almaniyada və bütün dünyada bizə dəstəyiniz üçün çox sağ olun” deyə Edvard Yordenesku bildirib.

Beləliklə, Rumıniya yığması AÇ-2024-lə vidalaşıb. Niderland yığması isə 1/4 final mərhələsinə yüksəlib və Türkiyə millisi ilə oyuna çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
arena.az

1Mənbələr