İyulun 3-də səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava hücumu nəticəsində 3 mülki şəxs həlak olub, 18 nəfər isə xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dnepr şəhər meri Boris Filatov bildirib.
O deyib ki, xəsarət alanlardan biri 14 yaşlı uşaqdır.
Pilotsuz təyyarələrin və raketlərin hücumu nəticəsində Dneprdə bir neçə yanğın baş verib.
Dnepropetrovsk vilayət şurasının rəhbəri Nikolay Lukaşuk hücum nəticəsində ticarət mərkəzlərindən birinə ziyan dəydiyini təsdiqləyib. Avtomobillərə və yanacaqdoldurma məntəqəsinə də ziyan dəyib.
Bizim.Media