AZ

Kreml: Rusiya və Türkiyə Suriyanın şimalında terrorla mübarizədə əməkdaşlıq edəcək

Moskva və Ankara Suriyada terrorla mübarizənin tərəfdarıdır və bu prosesdə əməkdaşlıq edəcəklər.

Editor.az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısına ev sahibliyi edən Qazaxıstanın paytaxtı Astanada jurnalistlərlə görüşən Kremlin sözçüsü Dmitri Peskova Suriyanın şimalında terror təşkilatlarının mümkün taleyi ilə bağlı suala cavabında deyib. Peskov Suriyada sülhün bərqərar olması prosesinin vacib olduğunu və Rusiyanın bunun üçün çox səy göstərdiyini qeyd edib: “Hamımız terrorun amansız əleyhdarları və terrorla mübarizənin davam etdirilməsinin tərəfdarıyıq. Bunu edəcəyik, Bu mövzuda Türkiyə də daxil olmaqla bütün ölkələrlə əməkdaşlıq edilməlidir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
editor.az

1Mənbələr