AZ

Səhiyyə Nazirliyində “Philips” şirkətinin rəqəmsal səhiyyə üzrə regional rəhbəri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində Niderlandın “Philips” şirkətinin Rusiya,Belorus, Qafqaz və Mərkəzi Asiyada Rəqəmsal Səhiyyə üzrə Başmeneceri Dmitri Lisoqorla görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayansəhiyyə naziri Teymur Musayev Azərbaycanda səhiyyə sisteminininkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialınıngücləndirilməsi və infrastrukturun modernləşdirilməsini dövlətsiyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Rəqəmsal texnologiyaların bütün dünyada səhiyyə sektorununinkişafı üçün prioritet olduğunu qeyd edən nazir bunun gələcəkdəsəhiyyənin ən mühüm element kimi yer alacağını vurğulayıb:

“Rəqəmsallaşma səhiyyə xərclərini artırmadan xidmətlərinəlçatanlığını və keyfiyyətini təmin edir. Eyni zamanda, rəqəmsaltibbin inkişafı dövlətin iştirakı olmadan mümkün deyil. Son illərAzərbaycanda elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemindərəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühümaddımlar atılıb”.

Teymur Musayev səhiyyədə nanotexnologiyaların tətbiqi vəmütərəqqi texnoloji avadanlıqların istifadəsini Azərbaycan SəhiyyəNazirliyinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazirinsözlərinə görə, Niderland Avropa ölkələri arasında səhiyyəninrəqəmsallaşdırılması üzrə lider mövqe tutur: “Niderlandınbeynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-haunailiyyətlərinin, bu sahədə İKT həllərinin təcrübələrininAzərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinəmüsbət təsirlərini göstərəcək”.

Səmimi qəbula görə minnətdarlığını bildirən “Philips”-inrəqəmsal səhiyyə üzrə regional rəhbəri təmsil etdiyi şirkətinsəhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə AzərbaycanSəhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərimüzakirə olunub. Həmçinin, “Philips” şirkətinin istehsal etdiyiyüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqivə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikirmübadiləsi aparılıb.

Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
106
4
az.trend.az

5Mənbələr