AZ

ING bu il üçün Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 1,1 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 4,2 % səviyyəsində olacağını proqnozlaşdırır.

FED.az xəbər verir ki, bu barədə  şirkətin açıqladığı proqnozlara görə, bu il üçün açıqlanan yeni proqnoz may ayındakı gözləntilərə nisbətən 0,5 faiz bəndi azalıb, digər illər üçün dəyişməyib.

Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0 %, üçüncü rübdə 1,2 %, dördüncü rübdə isə 2,5 % səviyyəsində gözlənilir.

2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 3,4 %, ikinci rübdə 4,1 %, üçüncü rübdə isə 3,9 % nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 %, may ayında ötən ilin eyni ayına nisbətən 0,3 % artıb, aprel ayına nisbətən 0,1 % azalıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.

Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3 % səviyyəsindədir. (Report)

Seçilən
164
10
fed.az

10Mənbələr