AZ

İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəkləyir

İlya

Tbilisi, 3 iyul, AZƏRTAC

Gürcüstan dövləti Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlanmasını, sülh yolunda əldə edilmiş bu tarixi qərarı alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ermənistanlı həmkarlı Ararat Mirzoyanla görüşdən sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, rəsmi Tbilisi regionda sülh və sabitlik naminə Azərbaycan ilə Ermənistan arasında konstruktiv dialoqa töhfə verməyə hazırdır.

Gürcü nazir əlavə edib: “Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq. Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı saxlayacaq”.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
azertag.az

3Mənbələr