AZ

"Türkiyə ilə razılaşmaları reallaşdırmaq vaxtı çatıb", "Bir aya sülh sazişini imzalamağa hazırıq" - Mirzoyan

"Ermənistanla Türkiyə arasında sağlam dialoq var" - Mirzoyan

Hurriyyet.az xəbər verir ki, Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan Tbilisidə, gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə birgə mətbuat konfransında Ermənistanın Türkiyə ilə münasibətləri tam nizamlamağa, diplomatik əlaqələr qurmağa və dövlət sərhədlərini açmağa hazır olduğunu, İrəvanın regionda sülh və sabitlik üçün tarixi fürsət yarandığına inandığını bildirib.

Mirzoyan deyib: "Ölkələrimiz arasında artıq sağlam dialoq yaranıb. İrəvanla Ankara arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi vaxtı çatıb".

Mirzoyan Ermənistanın qonşularla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu və bu istiqamətdə praktik addımlar atdığını qeyd edib.

Mirzoyan bu baxımdan İrəvanın Bakı ilə sülh razılaşması ilə bağlı mövqeyindən də danışıb, Ermənistanın bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağı real hesab elədiyini, lakin hələ rəsmi Bakının İrəvanın təkliflərinə müsbət cavab vermədiyini söyləyib.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
hurriyyet.az

1Mənbələr