AZ

Məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcək

2026-cı ilin sonuna qədər məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.

“Adambaşına maliyyələşmə məktəblərə vəsaitin şagirdlərə uyğun verilməsidir. Bu o deməkdir ki, məktəblərdə hesabatlılığ artır. Şagird məktəbi dəyişsə ona düşən vəsaiti də getdiyi yenə məktəbə aparır”,- o deyib.

O qeyd edib ki, məktəblərdə idarəetmə mexanizmləri də müəyyən qədər dəyişəcək: "Bu hazırda pilot layihədir. Bir qurup məktəblərdə həyata keçiriləcək. Bu il bir neçə məktəbdə layihəyə start veriləcək, lakin 2026-cı ilə qədər 100 məktəbə şamil olunacaq. Artıq məktəb maraqlı olacaq ki, şagird cəlb etsin. Bu layihənin müəllimlərin maaşında təsiri ilə bağlı danışmaq isə hələ tezdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
11
ikisahil.az

10Mənbələr