AZ

Uşaqlarını parkda qoyub sevgilisi ilə gedən ana tapıldı - FOTO

Bakıda 4 övladını parkda qoyaraq sevgilisi ilə qaçan qadın tapılıb. 

"Cebhe.info" xəbər verir ki, bu barədə Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

"Ana Mingəçevirdə tapılıb. Uşaqların kimliyi müəyyən olunub",-deyə o bildirib. 

K.Ağazadə məsələdə yardımçı olduğu üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təşəkkür edib. Qeyd edək ki, qadının ən kiçik övladı 5-6 aylıqdır və övladlarının üzərlərində heç bir sənəd olmayıb. Uşaqlar 3 gün öncə 23 cü polis bölməsi tərəfindən aşkarlanıb. 1 gün tibbi müayinə məqsədi ilə Qarayev xəsyəxanasına yerləşdirilən uşaqlar sonradan  Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Uşaqların təxminən 14,5,4 yaşı var. Ən kiçiyi 5-6 aylıqdır. Böyük qız bildirib ki, anası onları parkda qoyub və sevgilisi ilə kirayə axtarmaq adı ilə gedib. 

Seçilən
64
cebheinfo.az

1Mənbələr