AZ

Bu təbii yağ bütün dəri problemlərini kökündən həll edir

Dərinin sağlamlığını qorumaq üçün istifadə edilən kremlər və qulluq məhsulları bəzən dərimizə zərər verə bilər. Tərkibində kimyəvi tərkibli bu qulluq məhsulları yerinə təbii üsullardan kömək aldığınız zaman dəriniz daha parlaq olacaq.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, son illərdə geniş yayılan sağlam həyat vərdişləri çərçivəsində faydaları xatırlanan bəzi təbii məhsullar var.
 
Bu məhsulların tərkibindəki təbii yağlar dəri sağlamlığına müsbət təsir göstərir. 
 
Bu tip təbii yağlardan biri də kokos yağıdır. Kokos yağı dərimizin təbii hamarlıq qazanmasına şərait yaradır. 
Kokos yağı dəriyə qulluqda istifadə edildikdə dəridə yaşlanma əleyhinə təsir göstərir. Dəridə kollagen istehsalını dəstəkləyən kokos yağı qırışlardan qoruyur. Eyni zamanda kokos yağı dəridə sızanaq əmələ gəlməsinin qarşısını alır. 

Tərkibində sağlam yağ turşuları və inqrediyentləri olan kokos yağı mikrob əleyhinə çox yaxşı təsir göstərir. Bu sayədə dəridəki bakteriyaları yox edərək sızanaq əmələ gəlməsinin qarşısını alır. Dərini günəşdən gələn zərərli UV şüalarından qoruyur və günəş yanıqlarına qarşı sakitləşdirici təsir göstərir. 

Kokos yağı quru dərini təbii şəkildə nəmləndirməyə də kömək edir. Faydalarından yararlanmaq üçün onu nazik təbəqə ilə üzünüzə çəkməyiniz kifayətdir.

 

 
Oksana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
azxeber.com

1Mənbələr