AZ

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Xidmət

Bakı, 3 iyul, AZƏRTAC

Bu ilin ilk 6 ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib.

AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Xidmət rəisi ilin sonuna qədər bu rəqəmin sayının daha da artacağına ümidvar olduğunu qeyd edib.

F.Əliyev həmçinin ölkə ərazisində fəaliyyət göstərən 10 milli parka turistlərin girişinin açıq olduğunu xatırladıb. O bildirib ki, milli parklarda 113 ekoturizm marşrutu mövcuddur.

Seçilən
63
1
azertag.az

2Mənbələr