AZ

Məzun günlərinin keçirilməsinə dair xüsusi qaydalar tərtib olunmalıdır

“İstər məktəblərdə, istərsə də universitetlərdə məzunlar günü ilə bağlı nizamlama sistemi, qaydalar olmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professor ali məktəbdən məzun olan şəxsin həmin günü Nobel mükafatçısı, alimlərlə ilə görüşünü məqsədəuyğun hesab edir:

 

“Nəzərə alsaq ki, məzunlara artıq uzun müddət fəaliyyətlərinin qiymətləndirməsinin nəticəsinə uyğun olaraq diplom verilir. Bu böyük bir uğurun nəticəsidir. Ümumiyyətlə hesab edirəm ki, məktəblərdə və universitetlərdə məzunlar günü ilə bağlı nizamlama sistemi, müəyyən qaydalar olmalıdır. Bu qaydalar məzunlar günü üçün təşkil olunan konsertdə həm polisə, həm də hüquq-mühafizə orqanlarının işni daha yaxşı icra etməsinə də şərait yaratmış olar.

Nizamlama sistemində məzunların geyiminə qədər bütün məsələlər əks olunmalıdır. Təəssüflər olsun ki, “diskoteka” kimi hallara rast gəlinir. Axı məzunlar örnək olmalıdırlar.

Yaxşı olar ki, ali məktəbdən məzun olan şəxsə həmin günü Nobel mükafatçısı ilə görüşü təşkil olunsun. Həmçinin Azərbaycanda böyük uğur qazanmış iş adamları məzunlar üçün çıxışlar etsinlər. Bu çox gözəl yadda qalar”.

 

Z.Məmmədov gecə saatlarında məzun gününün qeyd edilməsinə icazənin olmamasının zəruri olduğunu dilə gətirib:

 

“Məzunlar niyə məhz müğənnilərlə görüşməlidir? Müğənniləri məclislərə dəvət etməyi hər kəs edir, bu artıq standartdır. Onsuz da hər yerdə müğənni var. Yəni məzunlar günü də müğənniyə gərək varmı? Bir tələbə son gününü müğənni ilə keçirməsi nə dərəcədə düzgündür? Söhbət əgər ciddiyətdən gedirsə, niyə həmin gün simfonik orkestr olmur?

Məzun gecəsi üçün ümumi qayda tərtib olunmalıdır ki, məzunlar hansı geyimdə olmalıdır. Bununla bağlı konkret yazı olmalıdır.

Biz güclü dövlətdə yaşayırıq və hər şey qanun çərçivəsində həyata keçirilir. Ümumiyyətlə gecə saatlarında məzun gününün qeyd edilməsinə icazə vermək olmaz və ya məzunlar üçün tərtib olunan sistemdə məzun gecəsi üçün müəyyən saatlar təyin olunsa, daha məqsədəuyğun olar.

Həmin gün məzun ixtisası üzrə ən yaxşı müəllimlə, həkimlə, hüquqşünasla, iqtisadçıyla görüşsə onlardan tövsiyə alsa çox gözəl olar. Təəssüflər olsun ki, bu gün tələbələr ən sevincli gününü müğənni ilə paylaşır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azedu.az

1Mənbələr