AZ

"TikTok beyinli" insanlar yaranır

Sosial medianın gündəlik həyatımıza təsiri günü-gündən sürətlə artır. 

"Cebhe.info" xəbər verir ki, tibb dünyasından xəbərdarlıqlar bir-birinin ardınca gəlməkdə davam edir. Sosial mediada ən çox vaxt keçirən gənc nəsil arasında diqqət yayınıqlığı və diqqəti toplamaq problemləri daha çox yayılmaqdadır. Danimarka Texniki Universitetinin araşdırmasına görə, "TikTok"-un çox qısa videoları həddən artıq çox baxışa səbəb olur və beynin strukturunu dəyişir. Belə ki, insan beyin qısa videolara öyrəşdiyi üçün uzun mövzulara, uzun filmlərə və sənədli filmlərə adaptasiya ola bilmir. 

"TikTok" qısa videoları ilə də asılılıq yaradır. Bu kontekstdə heç bir uzun mövzuya diqqət yetirə bilməyən insanlara "TikTok beyinli" deyilir . "TikTok" sorğusunda istifadəçilərin demək olar ki, yarısı bir dəqiqədən uzun filmlərin belə “stressli” olduğunu iddia edib. Mütəxəssislərin fikrincə, “TikTok” zehnin işindən faydalanmaq üçün nəzərdə tutulmuş asılılıq yaradan platformadır. Onlar qeyd edirlər ki, bu, dərin düşünmə və uzunmüddətli diqqət tələb edən fəaliyyətlərdə performansın azalmasına səbəb ola bilər. Bildirilib ki, mənfi təsirlər akademik performansdan tutmuş sosial münasibətlərə qədər geniş spektrli məsələləri də əhatə edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
cebheinfo.az

1Mənbələr