AZ

Dəniz və hovuzda bu xəstəliklərə yoluxa bilərsiniz - DİQQƏT

Yay aylarında sərinləmək üçün üstünlük verilən hovuz və dəniz ictimai yerlər olduğu üçün xəstəliklərə yoluxma riski yüksəkdir. 

"Cebhe.info" gigiyenik olmayan hovuzlardan və dənizdən tutula bilən xəstəlikləri təqdim edir: 

*Ən çox görülən xəstəlik ishaldır. "Giardia" və "Shigella" kimi bakteriyaların bağırsaqlara yerləşməsi nəticəsində yaranan ishal uşaqlarda tez-tez görülür. Bu bakteriyalar defekasiya və ya sidik yolu ilə suya qarışa bilər və sonra ağıza sızan su vasitəsilə başqasına yoluxa bilər. Erkən müalicə olunmazsa, bədən həddindən artıq maye itkisi səbəbindən funksiyalarını itirir. 

*Diareyadan sonra ən çox görülən digər xəstəlik xarici qulaq kanalının iltihabıdır. Çirkli su qulağa daxil olduqda meydana gələn xəstəlik daxili qulaqdan başlayaraq xarici nahiyəyə qədər uzanan iltihaba səbəb olur. Qulaq pərdəsinə çatdıqda eşitmə itkisinə səbəb olacaq qədər güclü olan hüceyrələrdən özünüzü qorumağın ən sadə yolu qulaq tıxaclarından istifadə etməkdir. 

*Natəmiz suda öz-özünə əmələ gələn adenoviruslar su vasitəsilə gözə daxil olduqda, gözün içindəki mayedə yerləşər və gözün iltihabına, qızarmasına səbəb olur. Erkən müalicə edilməzsə, görmə itkisinə səbəb ola bilər. Göz infelsiyası şiddətli göz ağrısı, gözün qızarması kimi əlamətlərlə özünü göstərir. 

*Genital bölgədə məskunlaşan göbələk bakteriyaları sidik yollarının infeksiyasına yol açır. Sidik ifrazı zamanı yanma, qaşınma və qanaxma kimi əlamətlərlə özünü göstərir. Yoluxmuş hüceyrələr səthdə qalmır, həm də bədənə keçir. 

*Dəri xəstəlikləri yarana bilər və mikroblar ziyillərə səbəb olur. Bakteriyalar həm su, həm də təmas yolu ilə ötürülür. Yayılma ehtimalı olduğundan təkcə toxunduğu yerə deyil, digər bölgələrə də sürətlə yayılır. 

* "Hepatit A" virusu qaraciyərə təsir edən viral infeksiyadır. Qarın ağrısı, sarılıq, yorğunluq və ürəkbulanma kimi əlamətlərlə özünü göstərir.  Natəmiz hovuzlar və dəniz ağız, diş sağlamlığına çox mənfi təsir göstərir. Milyonlarla zərərli bakteriya üzgüçülük zamanı udulmuş su ilə bədənimizə daxil olur. Bu bakteriyalar ağızdan bağırsaqlara qədər bir çox yerə mənfi təsir göstərir. Bu, dişdə yaraların və ya çürüklərin infeksiya riskini artırır. Ağız qoxusuna səbəb olur, həmçinin mədədə turşuluğu artırır. Bağırsaqlara düşən bu bakteriyalar ishala səbəb olur. Bu problemlərin qarşısını almaq üçün üzgüçülük və ya üzgüçülükdən sonra ağzı duzlu su ilə qarqara etmək lazımdır. Mədə və bağırsaqlar üçün limon sodası istehlak edilməlidir. 

Seçilən
67
cebheinfo.az

1Mənbələr