AZ

Kamal Sunal məzarı başında belə anıldı - FOTOLAR

Türkiyənin unudulmaz aktyorlarından olan Kamal Sunal vəfatının 24-cü ilində məzarı başında anılıb. 

“Cebhe.info” xəbər verir ki, onun ailəsi və sevənləri məzarı başına gediblər. Aktyor üçün “Qurani Kərim” oxunub və dualar edilib. Anım mərasiminin ardından Kamal Sunalın ailə üzvləri mətbuata açıqlama veriblər.

Sevilən aktyorun həyat yoldaşı Gül Sunal hələ də onu gözlədiyini deyib: 

“Hələ də bir gün dönəcəyini gözləyirəm. Sevənləri onu əsla unutmadı, ən böyük dəstəyi də məhz onlardan alırıq. Hamısına təşəkkür edirəm, minnətdarıq. Heç asan deyil, zaman keçdikcə daha da çətinləşir. Amma övladlarım, nəvələrim və Kamalın sevənləri məni ayaqda saxlayır”. Qızı Ezo Sunal isə bunları deyib: 

“Hər nə qədər gülərək anmaq istəsək də, alınmır, darıxırıq. Amma onun sevənlərinin marağını, mesajlarını və paylaşımlarını görmək bizi çox xoşbəxt edir”. 

Ali Sunal atasına olan həsrətini belə ifadə edib: 

“Bu il atamla keçirmədiyim il atamla keçirdiyim ili keçdi. İlk dəfədir ki, bizdən bu qədər uzaqdır. Onun üçün çox darıxırıq, amma Ezonun da dediyi kimi, sevənləri onu yaşadırlar. Ən önəmlisi də bu il Kamal Sunal Muzeyi açıldı və sevənləri həmişə oranı ziyarət edirlər”. Xatırladaq ki, Kamal Sunal 3 iyun 2000-ci ildə vəfat edib. 

Seçilən
10
cebheinfo.az

1Mənbələr