AZ

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə, təhsilinə və elminə çox yüksək qiymət verdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin dildir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə mükəmməl dil siyasəti həyata keçirilir. Dil müstəqil dövlətin bayrağı, himni, gerbi kimi əsas atributlarından biridir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycan dili, həmçinin ədəbiyyatımızın dilidir. Ədəbiyyatımız dilimizi yaşadan, zənginləşdirən, inkişaf etdirən əsas mənbələrdən və hərəkətverici qüvvələrdən biridir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
azertag.az

2Mənbələr