AZ

Suriya və Türkiyə münasibətlərinin normallaşması region üçün çox önəmlidir – Rufiz Hafizoğlu

Bakı, TurkicWorld

Suriya və Türkiyə münasibətlərinin normallaşması region üçün çox önəmlidir.

TurkicWorld xəbər verir ki, bunu "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

"Son günlər hər iki dövlətdə təxribatlar nəticəsində baş verən ixtişaşları təsadüfi hesab etmək olmaz", - deyə Hafizoğlu bildirib.

O qeyd edib ki, hal-hazırda həm Türkiyə həm də Suriya üçün ən aktual məsələ ixtişaşların dayandırlıması və ortaq təhdid olan terrora qarşı mübarizədir.

"Bundan əvvəl Dəməşq Ankara ilə əlaqələrin normallaşması istiqamətində müsbət addımlar atıb. Bir şeyi nəzərə almaq lazımdır ki, Suriya bu gün ciddi bir cəhdlə qonşu ərəb dövlətləri və eləcə də Türkiyə ilə əlaqələrini bərpa etməyə çalışır", - deyə siyasi şərhçi əlavə edib.

Seçilən
77
2
turkic.world

3Mənbələr