AZ

Məmməd Abbasbəyli: “Hotellərin sayı 7 faiz artıb”

Məmməd
“2022-ci il ilə müqayisədə 2023-cü ildə ölkədə hotellərin sayı 7 faiz artıb”. 1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
“Turizm sahəsində rəqabətin artması bu sahədə keyfiyyətin və xidmət sahəsinin də inkişafına gətirib çıxarıb”. O bildirib ki, bu sahədə olan standart beynəlxalq təcrübə əsasında yaradılacaq.

"Standartların bu il qəbul edilməsi nəzərdə tutulur. Hazırda Azərbaycanda turizm sahəsində 7 dövlət standartı var. Beynəlxalq təcrübədə isə İSO üzrə 57 standart mövcuddur”,- deyə xidmət rəisi deyib.

Seçilən
131
1news.az

1Mənbələr