AZ

Canlı səhifələrdə çılpaq görüntülərini satan Çimnaz Sultanovanın aktrisalıq sənəti...

Image

Aydın Xan Əbilov: “Çimnaz Sultanovanı şəxsən tanımıram və oynadığı rollardan da xəbərsizəm, hansısa bir filmdə onun iştirakını görməmişəm”

Daim qalmaqallı açıqlamaları, açıq-saçıq görüntüləri ilə gündəmə gələn Çimnaz Sultanovanın müğənni və aktrisa olduğu deyilir. Sosial şəbəkələrdə, onlayn mediada o, müğənni və aktrisa kimi təqdim edilir.

Sözün düzü, indiyə qədər onun nə ifasını, nə də hansısa filmdə, serialda bir obraz yaratdığını görmüşük. Bəzi kliplərdə açıq-saçıq səhnələri canlandıran Ç.Sultanova barədə yerli KİV-də yeni məlumat yayılıb. Bildirilir ki, aktrisa Telegramda açıq-saçıq mövzulu xüsusi kanal açaraq çılpaq görüntülərini satışa qoyub. Belə ki, yalnız bir ay üçün 200 AZN ödəyənlər kanala abunə ola bilər. Onun bu hərəkəti isə cəmiyyətdə müzakirələrə səbəb olub.

Çimnaz Sultanovanın aktisalılğı barədə nə bilirsiz? Hansı filmlərdə, tamaşalarda rol alıb? Ümumiyyətlə, onun sənətlə, səhnə ilə peşəkar bağlılığı varmı? 

Bəzi ekspertlərə görə, Ç.Sultanovanın aktrisalığı səhnədə və filmlərdə görsənmir, o, açıq-saçıq davranışları, fotoları və görüntüləri ilə sosial şəbəkələrdə görsənir. Hətta bəzi verilişlərə də dəvət alır, həmin verlişlərdə geyimi, davranışı əsasən tənqid olunur. 

“O, açıq-saçıq söhbətləri və şəkilləri ilə məşhurlaşan birisidir” 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə  şərhində bildirdi ki, son illər ciddi mediaya sosial media, xüsusən də Tik-Tok-un təsiri get-gedə güclənməkdədir. “Bir sıra istiqamətlərə Tik-Tok-da soyunanların, özlərini düşük aparanların, bu xalqın, bu cəmiyyətin bütün dəyərlərinə arxa çevirib öz bildiyi kimi davranmaq istəyənlərin təsirini görürük. Artıq çox ciddi saytlar, media subyektləri belələrini müsahibəyə çağırırlar, onlarla söhbətlər edirlər, onları trendə çevirirlər. Ziddiyyətli məqam odur ki, sonra da belələrinin Tik Tok-da, Telegram-da soyunmasından şikayətlənirik. Bir əxlaqı olmayan soyunursa, yaxud kimsə tezliklə populyar olmağı, bununla pul qazanmağı hədəf seçirsə, “həcilər” əldə etmək istəyirsə açıq-saçıq fotolor, videolar yayır. Bəziləri “həciləri” cəlb etmək, bəziləri bədənini satmaq, bəziləri də bədəni ilə sponsorlar əldə etmək üçün bunu edir. Təbii ki, heç bir əxlaqa sığmayan hərəkətlərdir. Bax, belələrini də bəzi media orqanları populyarlaşdırır, sonra deyirik ki, sosial şəbəkələrdə soyunurlar. Bu bir xəstəlikdir, epidemiyadır, deyərdim ki, hətta pandemiyadan beşbetər ruhi bir virusdur. Soyunanların dalınca soyunanlar olur, intihar edənlərin dalınca intihar edirlər, qətl hadisəsi olursa bu qətllərin seriyası artır. Bunun qarşısını almaq mümkün olmasa da, fikrimcə, dəyərlərimizin ən üstün cəhətlərini dirçəltməklə, modernləşdirməklə, islah etməklə, gəncliyə tanıtmaqla bir qədər  pis vətdişlərin təsirini azalda bilərik. 

Çimnaz Sultanovanı şəxsən tanımıram və oynadığı rollardan da xəbərsizəm, hansısa bir filmdə iştirakını görməmişəm. Amma onun haqqında mediadan oxumuşam ki, Telegramda kanal açıb, gecə saat 10-dan sonra vaxtında yetkinliyini yaşaya bilməyən gəncləri və qocaları  kanalına dəvət edir, onlarla açıq-saçıq söhbətlər edir, onlara açıq-saçıq şəkillərini göstərir. O, açıq-saçıq söhbətləri və şəkilləri ilə məşhurlaşan birisidir. Onu da yel kimi gəlib keçəcək bir şəxs kimi tanıyıram.  Mediadan tanıyıram. Mən onun heç bir rolunu görməmişəm. Amma mətbuata açıqlamaısnda deyib ki, seriala çəkilib. Bildiyim qədər, qarışıq millətlərdən olan atası onu və ailəsini götürüb xaricə gedib, özü Almaniyada hansısa bir professor, yazçı ilə evlənib, bir oğlu var. Bunları mətbuatdan oxumuşam. Mən onun Telegram kanalına girməsəm də, bu formatda tanınmaq istəməsinə bir qədər başqa cür baxıram. Azərbaycan cəmiyyəti nə qədər tolerant olsa da, nə qədər hər şeyə təmkinlə yanaşsa da, belə məsələlərə normal yanaşa bilmir. Bu xalqın minillər boyu formalaşıb günümüzə qədər gələn dəyərlərinə tüpürmək, əlbəttə, düzgün deyil.

Demək istərdim ki, siz öz bədəninizlə tanınmaq, pul qazanmaq istəyirsinizsə, buyurub Almaniyaya gedə bilərsiz, orada erotik, pornoqrafik filmlər, uyğun saytlar, proqramlar var, orada nə istəyirsiz edə bilərsiz, amma belə şeylər Azərbaycanda qəbul edilmir”-deyə A.X.Əbilov qeyd etdi.

O bildirdi ki, Azərbaycanda belə görüntülər, filmlər, proqramlar qəbul edilmir və hətta bizim müvafiq qanunvericilikdə bu qadağan edilir və konkret cinayət məcəlləsi var. “Qanunvericilikdə yeni nəslin əxlaqını, mənəviyyatını pozan hərəkətlər, şəkillər, erotik və pornoqrafik görüntüləri yaymaq, o görüntülərlə yanaşı intim çağırışlar etmək qəti qadağandır, belələri qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Amma hələ ki, aidiyyəti orqanların buna reaksiyasını görmürük. Çimnaz Sultanova tək deyil. İstər o olsun, istərsə də digərləri bunu nəzərə almalıdır ki, sosial şəbəkə açıqdır deyə orada nə istəsələr edə bilməzlər. Heç bunu ABŞ-da da edə bilmərsiz, hansısa üçüncü-dördüncü dərəcəli ölkələrdə edə bilərsiz. ABŞ-da bu cür kanallara daxil olmaq istəyənlərə yaş məhdudiyyəti qoyulub, şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Orada da bu tipli çağrışlara görə cinayət məsuliyyəti də var”.

A.X.Əbilov təəssüflə qeyd etdi ki, soyunanların, əxlaqdan kənar hərəkət edənlərin sayı get-gedə artır, bu da narahatlıq doğurur. “Biz Baboşları, Çimnazları görürük, onlarla heç kəs məşğul olmur. Mən təxminən 15 il əvvəl əxlaq polisinin, əxlaq müfəttişinin   yaradılmasının vaxtı çatdığını demişdim. İndi isə virtual polisin və virtual müfəttişin yaradılmasına ehtiyac olduğunu deyirəm. Bunu biz deyəndə bəziləri deyirdilər ki, bu lazım deyil, siz cəmiyyətimizi dini cəımiyyətə çevirmək istəyirsiniz. Amma indi görürsüz ki, nələr baş verir, belələri nə dindən çəkinirlər, nə də milli dəyərlərə hörmət edirlər.  Milli – mənəvi dəyərlərimizi qorumaq üçün vacibdir. 

Heç Avropa ölkələrində belə şeylər yoxdur. Düzdür, gecə saat 10-dan sonra hansısa qapalı klublar var, küçələr ayrılıb, əyləncə mərkzələri mövcuddur, belələri ora gedə bilərlər, amma ora yeniyetmələri, gəncləri buraxmırlar. Amma bu yolu seçənlər Azərbaycanda insan hüquq və azadlığından sui-istifadə edirlər. Bu tip insanlar cəmiyyətə yaxşı heç nə vermədən harın yollarla, asan yolla milyonlara sahib olmaq istəyirlər. Təəssüflər olsun ki, belələrini toylara, restoranlara çağıranlar var, bu cürlərinə pul buraxan “həcilərimizin” sayı get-gedə artır. Problem kimindir, onların, yoxsa cəmiyyətin? Belə məsələlərə nəzarət edilməyəndə, qarşısı alınmayanda o mənəvi-əxalaqi problemə çevilir, ictimai-psixoloji bir sunami olaraq cəmiyyəti öz içində boğa bilər”-deyə A.X.Əbilov bildirdi. 

Əli TURABOV





Seçilən
155
baki-xeber.com

1Mənbələr