Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
"Unikal" xəbər verir ki, Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlər görülür.
Görüşdə iştirak edən vətəndaşlar tək-tək çıxış edərək, onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflər səsləndiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.
Dilə gətirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.
Görüşdə iştirak edən vətəndaşlar, onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.