AZ

Demokrat parlamentarilərdən şok tələb: Bayden seçki marafonundan kənarlaşmalıdır

Demokrat Partiyasından olan onlarla qanunverici ABŞ prezidenti Co Baydenin seçki yarışdan kənarlaşdırılmasını tələb edən məktub imzalamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, Bloomberg bu barədə Demokratlar Partiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Belə bir addım demokratlar arasında yaranan təşvişlə əlaqədar atıla bilər. Belə ki, demokratlar ehtiyat edirlər ki, Baydenin namizədliyi onlara ABŞ Konqresinə nəzarəti itirmək bahasına başa gələ bilər. Partiya rəsmisi qeyd edib ki, məktubun ənənəvi olaraq Demokratların üstünlük qazandığı bölgələrdə yenidən seçilmək üçün mübarizə aparan şəxslər tərəfindən paylanması, partiyada nə qədər geniş çaxnaşma olduğuna işarədir.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
45
musavat.com

10Mənbələr