AZ

Zelenskidən də müsahibə alacaq

Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə ala bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.

“Deyəsən, Zelenski ilə müsahibəmiz olacaq. İki il ərzində çox çalışdıq, xüsusən fevral ayında Rusiya Prezidenti Vladimir Putinlə müsahibəmizdən sonra”, - Karlson qeyd edib.

Jurnalist bildirib ki, müsahibənin məqsədi amerikalılara ölkələrinin dünyadakı mövqeyini tamamilə dəyişdirən” münaqişə haqqında lazımi məlumatları çatdırmaqdır. O, müsahibənin tezliklə baş tutacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, fevral ayında Rusiya Prezidenti Vladimir Putin Karlsona müsahibə verib. Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib. Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib. 

Müsahibənin tam mətni Kremlin saytında yerləşdirilib. 

Seçilən
16
40
qafqazinfo.az

10Mənbələr