AZ

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

Estoniya

Bakı, 4 iyul, AZƏRTAC

Estoniya Müdafiə Nazirliyi qanunvericiliyə xarici könüllülərin ölkənin müdafiə qüvvələrinə qoşulmasına və hərbi təlim keçməsinə icazə verən dəyişikliklər təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Dövlət Televiziya və Radiosuna məxsus ERR portalı məlumat yayıb.

Təklif olunan düzəlişlər parlament tərəfindən təsdiqlənərsə, qanun ilk növbədə təhsil və ya işləmək üçün Estoniyada qalan əcnəbilərə şamil ediləcək.

Mövcud qanunvericiliyə görə, əcnəbi könüllülər Estoniyanın müdafiə qüvvələrinə yalnız ölkədə hərbi vəziyyətin elan edilməsi və səfərbərlik zamanı qoşula bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
azertag.az

5Mənbələr