AZ

Qaydaları pozan xanım sürücünün "daydayı" məlum oldu

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Redaktor.az xəbər verir ki, o, paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını bildirib.

Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Qalmaqallı videoda qeydə alınan avtomobilin icarəyə verildiyi deyilən "Rent a Car"dan isə bildirilib ki, onların ünvanlarına səsləndirilən ittihamlar əsassızdır:

"Yayılan videodakı qadın bizə müraciət etməyib, bizim müştərimiz olmayıb. Maşını Əli adlı kişi icarəyə götürüb. Müştəri avtomobili qadın sürücüyə verib və bu hadisə olub. Bütün məsuliyyət maşını götürən şəxsə aiddir".

Seçilən
150
22
redaktor.az

10Mənbələr