AZ

Xəsarət yetirdiyi fanata imzalı formasını bağışladı - AÇ-nin ÜZRXAHLIĞI

Niklas Füllkruq xəsarət yetirdiyi fanatdan üzr istəyib.

Dortmund “Borussiya”sının və Almaniya yığmasının hücumçusu qolunu təsadüfən sındırdığı azarkeşə hədiyyə də edib.

Hadisə bundestimin Avropa çempionatının Şotlandiya ilə açılış matçından (5:1) əvvəlki məşqində baş verib. Top Füllkruqunzərbəsindən sonra təsadüfən azarkeşə dəyib. Nəticədə fanatın qolu ciddi xəsarət alıb. Futbolçu Kai adlı azarkeşdən üzr istəməklə yanaşı, ona imzalı formasını həddiyə edib. Niklas almaniyalı futbolsevərə bu mesajı ünvanlayıb:

“Bu forma Kai üçündü. Mümkün qədər tez sağalın! Bir daha üzr istəyirəm”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
football-plus.az

1Mənbələr