AZ

Əcnəbi namizədlər AFFA-nın təklifini qəbul etməyiblər

Premyer Liqada yeni mövsümə avqustun 2-də start veriləcəyi dəqiqləşsə də, hələ də Hakimlər Komitəsinin sədri postu boş qalıb. Barış Şimşəyin gedişindən sonra sözügedən vəzifəyə təyinat reallaşmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi bu arada bəzi əcnəbi mütəxəssislərlə danışıq aparıb, onları Azərbaycana dəvət edib. Lakin namizədlərin heç biri təklifə isti yanaşmayıb.
 
Komitə sədrinin əcnəbi olmasında maraqlı olan asossiasiyanın başbilənləri əvəzində Hakimlər Departamentinə yerli mütəxəssisin rəhbərlik etməsini istəyir. Bu vəzifəyə 3 namizəd olsa da, hələ ki, rəsmilər qərar verməkdə tələsmirlər.
 
Qeyd edək ki, ötən mövsümün sonunda AFFA rəhbərliyi komitə sədri Barış Şimşəyi və departament rəhbəri Cavid Cəlilovu postundan uzaqlaşdırıb.  
 
  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
sport24.az

1Mənbələr