AZ

BMT Azərbaycanın COP hazırlığını təqdir edir

BMT bu ilin noyabr ayında keçiriləcək COP29-dan sonra da Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləyəcək. Bu fikri BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən ekoloji, sosial və korporativ idarəetmə (ESG) sammitində çıxışı zamanı deyib.

“İqlimlə bağlı söhbətlərimiz iqlim dəyişikliyi və ədalətli keçidlə bağlı milli dialoqu və fəaliyyəti gücləndirməkdən ibarətdir. Bugünkü tədbir bizim təşkil etdiyimiz sayca 15-ci iqlim dialoqudur. BMT ailəsi olaraq COP29 sədrliyini dəstəkləməyə və iqlimlə bağlı fəaliyyə­tin nəinki sürətlənməyə davam etməsi­ni, həm də COP29-dan sonra da fəaliy­yətini təmin etmək üçün bütün maraqlı tərəflərlə qarşılıqlı əlaqələr qurmağa sa­diqik”, – deyə BMT rəsmisi əlavə edib. 

V.Andreyeva vurğulayıb ki, “Daya­nıqlı inkişaf naminə dövlət-özəl tərəf­daşlığı” mövzusunda keçirilən ekoloji, sosial və korporativ idarəetmə (ESG) sammitinin məqsədi dövlət və özəl təş­kilatların daha yaxşı həll yolları tapma­ları uğrunda strategiyaları paylaşa bil­məsi üçün dialoq və əməkdaşlığı təşviq etməkdir.

XQ

Seçilən
65
6
xalqqazeti.az

7Mənbələr