AZ

Məşhur model barədə HƏBS QƏRARI

Türkiyəli model və sosial media fenomeni Miray İpekler keçmiş model və aparıcı Deniz Akkayadan şikayətçidir.

Bakıvaxtı.az-ın yerli mətbuata istinadla məlumatına görə, İpekler Akkayanın onun ev ünvanını sosial şəbəkədə yaydığını deyərək, İstanbul Anadolu Baş Prokurorluğuna müraciət edib.

O, Akkayanın bir televiziya proqramında onun ünvanına təhdid xarakterli paylaşımlar da etdiyini bildirib.

Bu səbəbdən də Deniz Akkayaya qarşı “təhqir” cinayəti ilə bağlı araşdırmalara başlanılıb.

İstintaq çərçivəsində şübhəli şəxs qismində ifadə verməyə çağırılan Deniz Akkaya prokurorluğa getməyib. İstanbul Anadolu Sülh Cəza Məhkəməsi isə Akkayanın ifadəsini almaq üçün həbs qərarı çıxarıb.

Şəhanə Tağıyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
bakivaxti.az

1Mənbələr