AZ

Qəzzada vəziyyət çox acınacaqlıdır: Əhalinin 90 faizi didərgin düşüb

 
Qəzzada müharibə başlayandan, yəni 2023-cü ilin oktyabrın 7-dən insanlar təxminən 90 faizinin köçkün vəziyyətə düşüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının OCHA agentliyi açıqlayıb.
 
Hesabatda qeyd olunub ki, təxminən 1,9 milyon fələstinli İsrailin işğalından bu yana didərgin düşüb və bir çoxları qaçmağa məcbur olub.

Əvvəllər bu rəqəmin 1,7 milyon olduğu bildirilsə də, sonradan Rəfahda başladılan əməliyyatla əlaqədar əlavə köçlərin olduğu deyilib.
 
İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağının ikiyə bölündüyünü bildirən təşkilat mühasirəyə alınan bölgənin şimalında 300-350 min insanın yaşadığını və bu insanların cənuba gedə bilməyəcəyini təxmin edir.

Müharibə başlayandan bəri təxminən 110 min fələstinlinin Rəfah Sərhəd Qapısından istifadə edərək Misirə qaçmağı bacardığı qeyd edilib.
 
Mikayıl
Seçilən
116
1
azxeber.com

2Mənbələr