AZ

ŞƏT üzvləri ilə ticarət əməliyyatlarında milli valyutaların payı 92%-i ötüb -Putin

2024-cü ilin ilk dörd ayında Rusiyanın ŞƏT üzvləri ilə ticarət əməliyyatlarında milli valyutaların payı 92%-i ötüb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Rusiyanın təşkilat üzvləri ilə ticarət əməliyyatlarında milli valyutaların payı bu ilin ilk dörd ayının nəticələrinə əsasən, artıq 92%-i ötüb", - deyə, Putin Rəhbərlər Şurasının iclasında çıxışı zamanı deyib.

Daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ŞƏT sammitində yeni Avrasiya təhlükəsizlik sisteminin yaradılması ideyası mütləq qeyd olunacaq.

Seçilən
13
ikisahil.az

1Mənbələr