"Mançester Yunayted"in hücumçusu Markus Reşford komandadan ayrıla bilər.

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" futbolçunu satmağa razıdır.

Belə ki, ingiltərəlini heyətində görmək istəyən komanda "Mançester Yunayted"ə 80 milyon avro ödəməlidir.

Onun Premyer Liqa klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Reşford geridə qalan mövsüm "mankunianlılar"ın heyətində 43 matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.