AZ

Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycandafiziki şəxslərin Gürcüstana pul köçürmələrinin həcmi 14,645 milyondollar olub.

Trend bubarədə Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.

Bankın məlumatları əsasında hesablamalara görə, bu göstəriciötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 14,66 faiz vəya 1,872 milyon dollar artıb.

Köçürmələrin ümumi həcmində Gürcüstana köçürmələrin payı 11,1faiz təşkil edir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanda fizikişəxslərin Gürcüstana pul köçürmələrinin həcmi 58,849 milyon ABŞdolları olub.

Xatırladaq ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycandafiziki şəxslərin xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126milyon ABŞ dolları olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
80
az.trend.az

1Mənbələr