"Mövsümlərarası fasilədə "Qəbələ"dən təklif gəldi. Rəhbərlik məni komandada görmək istəyirdi". Bu sözləri sport24.az-a açıqlamasında Müşfiq Nadirov deyib.
Ötən mövsümü "Zaqatala"da keçirən "çərçivə qoruyucusu" "Qəbələ"nin yetirməsi olduğu üçün "qırmızı-qaralar"ın təklifini dəyərləndirdiyini bildirib: "Açığı, təkliflərim çox idi. Premyer Liqa təmsilçilərindən də maraq var idi. Ancaq ən real təkliflər I Liqa təmsilçilərindən idi. "Qəbələ"nin yetirməsi olduğum üçün bu klubun təklifini qəbul etdim. Ümid edirəm ki, "qırmızı-qaralar"ın heyətində özümü ən yaxşı tərəfdən göstərəcəm və komandanın elitaya qayıtmasında pay sahibi olacam".
Qeyd edək ki, 22 yaşlı qolkiper karyerası ərzində "Qəbələ" və "Zaqatala" ilə yanaşı, "Kəpəz"in də formasını geyinib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta