AZ

Parlamentin 70-dən çox yaşı olan deputatları - SİYAHI

Son günlər yaşı 70-dən çox olan deputatların yeni formalaşacaq VII çağırış Milli Məclisdə olmayacağı ilə bağlı müxtəlif səviyyədə fikirlər səsləndirilir.

Söhbət ondan gedir ki, yaşlı deputatların partiyalar tərəfindən namizəd olması, müstəqil formada seçkiyə getməsi dəstəklənməyəcəyi iddia olunur. Bu məsələdə isə xüsusilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) adı çəkilir. Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP funksioneri Siyavuş Novruzov “Musavat.com” saytına danışıb. “YAP tədqiqatlar aparır. İstər mətbuatda, istər debatlarda, istər parlamentdəki çıxışı, istərsə beynəlxalq təşkilatlarda iştirakı, seçiciləri ilə münasibətləri, regionun ona olan münasibəti araşdırılır. Bütün bu tədqiqatlar əvvəlcədən aparılır, elə deputatlar seçilən gündən YAP-dakı xüsusi şöbə bu məsələlərlə məşğul olur. Bizim rayon təşkilatlarımız da dəqiqləşdirirlər ki, kim necədir? Bu, yaş məsələsi deyil, ancaq fəaliyyət məsələsidir",-deyə S.Novruzov səslənən iddialara bu cür münasibət bildirib. 

Maraqlıdır, Milli Məclisdə yaşı 70+ olan deputatlar kimlərdir? 

“Cebhe.info” yaşı 70+ olan deputatların siyahısını təqdim edir: İsa Əkbər oğlu Həbibbəyli, Eldar Rza oğlu İbrahimov, Rasim Nəsrəddin oğlu Musabəyov, Asim Nazim oğlu Mollazadə, Ziyad Əliabbas oğlu Səmədzadə, Sədaqət Süleyman qızı Vəliyeva, Eldar Allahyar oğlu Quliyev, Mixail Yuri oğlu Zabelin, Vahid Qazməmməd oğlu Əhmədov, Anatoliy Xaimoviç Rafailov, Rafael Baba oğlu Hüseynov, Fəzail Rəhim oğlu Ağamalı, Sabir Xudu oğlu Rüstəmxanlı, Əhliman Tapdıq oğlu Əmiraslanov, Fəzail Feyruz oğlu İbrahimli, Cavanşir Hümmət oğlu Paşazadə, Tahir Musa oğlu Rzayev, Aqil Məhəmməd oğlu Abbasov, Sabir Kamal oğlu Hacıyev, Əli Əhməd oğlu Məsimli, Bəxtiyar Yusif oğlu Sadıqov və Elman Camal oğlu Məmmədov. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
cebheinfo.az

1Mənbələr