Süni intellekt sahəsində yarışın bir növü də, patent müraciətlərində yaşanır.
İndex.az xəbər verir ki, Çin süni intellekt patentləri üçün etdiyi müraciətlərdə liderliyi ələ alıb.
BMT-nin bu yaxınlarda dərc edilmiş hesabatına görə, Çin 2014-cü ildən 2023-cü ilə qədər 38.000-dən çox patent təqdim edərək süni intellekt patentləri üzrə şəksiz liderə çevrilib.
Bu rəqəm ABŞ-da edilən patent müraciətlərindən 6 dəfə çoxdur.
Müvafiq dövrdə ABŞ 6 min 276 patent müraciəti etdiyi halda, onu 4 min 155 patent ilə Koreya Respublikası, 3 min 409 patent ilə Yaponiya və 1 min 350 patent ilə Hindistan izləyir.
Hesabata görə, generativ süni intellekt patentləri hazırda dünya üzrə ümumi AI patentlərinin 6%-ni təşkil edir.