Avropa İttifaqı Çindən gələn elektriklə işləyən avtomobillərə 37,6%-ə qədər rüsum tətbiq edib.
Qaziler.az bildirir ki, bu barədə TASS Avropa Komissiyasının bəyanatına istinadən xəbər verir.
“Avropa Komissiyası Çindən gələn elektrik avtomobillərinə ilkin antidempinq rüsumları tətbiq edib”, - sənəddə deyilir.
Avropa Komissiyası aydınlaşdırıb ki, elektrik avtomobillərinin əsas istehsalçıları üçün rüsumlar 17,4%-dən 37,6%-ə qədər dəyişəcək.
QAZİLER.AZ