AZ

“5 ildir xama problemi ilə məşğulam“ -Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında xama problemini qabardıb. 

News365.az xəbər verir ki, o, hökumətin bu gün keçirilən iclasında 5 ilə yaxındır müzakirə olunan "xama" qərarının hələ də həll olunmamasından gileylənib: “Biz özümüz qərar verməliyik ki, xama nədən ibarət olmalıdır. Biz bu problemi 5 il müzakirə etdik və nəhayət, süddən hazırlanan xamanı süddən hazırlanmayan xama ilə ayırmağın yolunu tapdıq. Biz bu problemlə çoxdan məşğul oluruq. Məlum olub ki, xama kimi etiketlənən məhsulların əksəriyyətində ya süd çox azdır, ya da çoxlu qarışıqlardan istifadə olunur. Bir sözlə süd məhsulu kimi etiketlənən xama ilə süddən hazrılanmış xama fərqli qablaşdırmaya malik olmalı və mağazada ayrıca rəflərdə yerləşdirilməlidir”, - Paşinyan bildirib.

Tural

News365.az


Seçilən
111
news365.az

1Mənbələr