AZ

Çin: "ABŞ Suriyanı talan edir"

"ABŞ əsgərlərinin Suriyada qaçaqmalçılıq yolu ilə taxıl apardığına dair sübutlarımız var".

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

Onun sözlərinə görə, ABŞ özünü demokratiyanın, azadlığın və rifahın keşikçisi kimi təqdim etsə də, başqa ölkələrdə insanların yaşamaq və dolanmaq hüququna əhəmiyyət vermir:

"ABŞ Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmir. ABŞ Suriyadakı qanunsuz hərbi işğalını dərhal dayandırmalı və ölkənin resurslarını talan etməməlidir. Suriya xalqına dəyən zərərin ödənilməsi üçün konkret addımlar atmalıdır".

Gülşən Şərif

Seçilən
117
2
bakivaxti.az

3Mənbələr